Vardanyanın ailəsi dünya liderlərinə - YALVARDI

 15:14 02.10.2023     230

Ruben Vardanyanın ailəsi onun azadlığa buraxılması ilə bağlı dünya liderlərindən kömək istəyib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatlar erməni mediasında yer alıb. 

" Biz Ruben Vardanyanın dörd övladı dünya liderlərinə, beynəlxalq ictimaiyətə və mediaya müraciət edərək atamızın azad olunması üçün kömək istəyirik. Bir ildən çoxdur ki, atamız Qarabağda məskunlaşmaq qərarına gəlib. Çünki, o, ordakı ermənilərlə yaşamaq istəyirdi. Ermənilərə yardım etmək istəyi o qədər çox idi ki, öz rahatlığına laqeyd yanaşaraq hər şeyini tərk etdi. Atamız dinc sakinlər arasında Ermənistana keçmək istəyərkən saxlanılıb. Biz istəmirik ki, atamız bölgədəki siyasi münaqişənin qurbanına çevrilsin". 

Xatırladaq ki, Ruben Vardanyan qondarma qurumun "dövlət naziri" kimi fəaliyyət göstərib. Azərbaycana qarşı  təxribatların iştirakçısı olub. 

Aidə Ramizqızı