İran genişmiqyaslı təlimlərə hazırlaşır

 17:27 02.10.2023     1623

İranın Silahlı Qüvvələri ölkənin mərkəzi və cənub regionlarında genişmiqyaslı təlimlər keçirəcək.

Redaktor.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, təlimlərdə quru qoşunları, aviasiya, hərbi-dəniz  və hava hücumundan müdafiə qüvvələri iştirak edəcək.

Bildirilir ki, təlimlərdə əsas diqqət döyüş pilotsuz uçuş aparatlarından istifadəyə ayrılacaq.