Azərbaycan səfiri Belçikaya təşəkkür etdi

 22:39 02.10.2023     329

Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı Vaqif Sadıqov erməni radikallarının “Azərbaycan səfirliyinə qarşı mümkün zorakılığını” qabaqladığına görə Brüsselə təşəkkür edib.

Redaktor.az xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə yazıb.

“Oktyabrın 1-də erməni ekstremistlərinin Azərbaycan səfirliyinə qarşı mümkün zorakılığının qarşısının alınması üçün lazımi ehtiyat tədbirlərinin görülməsinə görə Belçika Xarici İşlər Nazirliyinə və Brüsselin Montqomeri Polis Bölməsinə minnətdarlığımızı bildiririk. Çox sağ olun!”, - səfir qeyd edib.

Xatırladaq ki, daha öncə Sadıqov Belçikada məskunlaşan “ekstremist erməni diasporu təşkilatlarının” paytaxt Brüsseldəki Azərbaycan səfirliyi qarşısında zorakılığa əl atacağını açıqlamışdı.