ABŞ Qarabağda "etnik təmizləmə" aparılmadığını ETİRAF ETDİ

 09:23 03.10.2023     368

ABŞ Dövlət Departamenti dəlil olana qədər ermənilərin Qarabağdan çıxmasını "etnik təmizləmə" adlandırmaqdan imtina edib.

Redaktor.az xəbər verir ki, bu barədə Departamentin sözçüsü Metyu Miller açıqlama verib.

"Biz vəziyyətlə bağlı daimi əlaqələr saxlayırıq, məlumatlar alırıq. Zorakılıq halları ilə qarşılaşdıqda və bu sübut olunduqda ona cavab verə bilərik. Lakin, "etnik təmizləmə" faktlara əsaslanır. Mən bu tribunadan bunu söyləyə bilmərəm. Bu hallar müşahidə olunmur. Hazırda Qarabağı tərk edən ermənilər var. Hələ bilinmir onların nə qədəri Ermənistanda qalmağa, nə qədəri yenidən Qarabağa geri dönməyə qərar verəcək. Azərbaycan hər bir təminatı verir. Düşünürük ki, onları müşahidə edəcək missiya olmalıdır"- deyə Miller bildirib.

O, sülh danışıqlarına toxunaraq bildirib ki, Azərbaycanla Ermənistan arasında mübahisə doğuracaq məsələlər hələ də var. 

Aidə Ramizqızı