Ermənistan parlamenti Putinin həbsinə qərar verdi - Roma statutu qəbul olundu

 12:37 03.10.2023     312

Ermənistan parlamentinin oktyabrın 3-də keçirilən iclasında Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu müzakirəyə çıxarılıb.

Redaktor.az xəbər verir ki, Ermənistan parlamenti Roma statutunu qəbul edib.

Qeyd edək ki, müzakirələrdə “Ermənistan” və “Mənim şərəfim” müxalifət fraksiyaları iştirak etməyiblər.

“Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan parlamentin iclası başlamamışdan əvvəl, məsələnin parlamentin gündəliyinə salınmasının Ermənistan Konstitusiyasına zidd olduğunu bildirib.

Qeyd edək ki, Roma statutu  Rusiya Prezidenti Vladimir Putinin Ermənistana gəldiyi təqdirdə həbsini nəzərdə tutur.

Rusiya XİN bəyan edib ki, Ermənistanın Roma Statutunu ratifikasiya etməsi ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq.

Kremlin sözçüsü Dmitri Peskov isə Ermənistan parlamentinin qərarını düşmənçilik kimi qiymətləndirib.