Vardanyan Roma Statutunun qəbulunun Rusiyaya qarşı yönəlmədiyini iddia edir

 15:22 03.10.2023     299

Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun radifikasiyası Ermənistanın və ya Rusiyanın beynəlxalq öhdəliklərinə zidd deyil. 

Redaktor.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin hüquq məsələləri üzrə komissiyasının rəhbəri Vladimir Vardanyan deyib.

Onun sözlərinə görə, bu, "Qarabağdan gələn ermənilərin maraqlarına xidmət edəcək".

Vardanyan iddia edib ki, guya onların hüquqları pozulub və hüquqlarının beynəlxalq səviyyədə hörmətlə yanaşılacağına dair təminat olmalıdır. 

İrəvan heç bir halda sənədin qəbulunun Rusiyaya qarşı yönəlmədiyini iddia edir və yaranmış vəziyyətlə bağlı rəsmi Moskvaya bir sıra təkliflər də göndərib.

Qeyd edək ki, Roma Statutunun qəbulu Rusiya Prezidenti Vladimir Putinin Ermənistana gəldiyi təqdirdə həbsinə səbəb yaradır.

Rusiya XİN bəyan edib ki, Ermənistanın Roma Statutunu ratifikasiya etməsi ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq.

Kremlin sözçüsü Dmitri Peskov isə Ermənistan parlamentinin qərarını düşmənçilik kimi qiymətləndirib.

Aidə Ramizqızı