“Qarabağ erməniləri üçün ürək ağırımız davam edir" - Peskov

 18:06 03.10.2023     557

Moskva Qarabağ ermənilərinin taleyindən narahatdır, onların hüquqlarına Azərbaycan tərəfindən riayət olunmasını diqqətlə izləyir, həmçinin humanitar yardım göstərməkdə davam edir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Qarabağ erməniləri üçün ürək ağırımız davam edir. Biz azərbaycanlı dostlarımızın Qarabağda qalmaq istəyən ermənilərin təhlükəsizliyini və bütün hüquqlarını təmin etmək niyyəti barədə bəyanatlarına diqqətlə qulaq asırıq. Biz humanitar yardım göstəririk”, - deyə o, Moskvanın mövqeyini açıqlayıb.

Peskov qeyd edib ki, Rusiya sülhməramlıları humanitar yardım axınını təmin etmək, Qarabağı tərk edən və orada qalan ermənilərin aktual problemlərini həll etmək üçün fəaliyyətlərini davam etdirirlər. "Və biz bunu davam etdirəcəyik" - Kreml nümayəndəsi deyib.

Turan İSMAYIL