Ukrayna əsirliyində olan rus hərbçilərin sayı açıqlandı

 13:59 04.10.2023     2296

"Ukrayna əsirliyində 500 rus əsgəri var".

Redaktor.az "Kommersant"a istinadla xəbər verir ki, bunu separatçı "Donetsk Xalq Respublikası"nın (DXR) rəhbəri Denis Puşilin deyib.

Onun sözlərinə görə, Rusiya əsirliyində olan ukraynalı hərbçilərin sayı da bir neçə dəfə çoxdur.

O qeyd edib ki, Ukrayna tərəfi məhbusların kimliyi barədə məlumat vermir, ona görə də döyüşçülərin məlumatlarını tapmaq kifayət qədər çətindir.

Sonuncu dəfə bu ilin iyulunda Rusiya ilə Ukrayna arasında məhbus mübadiləsi barədə məlumat verilib. 45 rus əsgəri Rusiyaya, 45 ukraynalı əsgər isə Ukraynaya qayıdıb. Bundan əvvəl tərəflər iyunun 11-də əsir mübadiləsi aparıblar. 

Həmidə İBRAHİMLİ