Zəngəzur dəhlizi açılmalıdır - Rusiya

 17:47 04.10.2023     896

Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi üçün Zəngəzur dəhlizi vacibdir.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

“Ermənistan ərazisindən Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirən nəqliyyat marşrutunu bərpa edəcək layihə nəzərdən keçirilir. Bu layihənin həyata keçirilməsində İrəvanla Bakı arasında münasibətlərin normallaşması istiqamətində mühüm irəliləyiş potensialı görürük. Hər şey ölkələrin siyasi iradəsindən və konkret razılaşmalar əldə etməyə hazır olmasından asılıdır”, - Zaxarova bildirib.