Paşinyan Qranadaya gedir

 18:13 04.10.2023     320

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyinin üçüncü sammitində iştirak etmək üçün oktyabrın 4-də Qranadaya işgüzar səfərə gedəcək.

Redaktor.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.

“Tədbir çərçivəsində o, həmçinin beynəlxalq tərəfdaşlarla bir sıra görüşlər keçirəcək”, - deyə xidmətdən bildirilib.

Qeyd edək ki, bundan əvvəl məlum olub ki, Azərbaycan Prezidenti İlham Əliyev Aİ, Fransa və Almaniya liderlərinin iştirakı ilə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşünün keçirilməli olduğu İspaniyaya getməkdən imtina edib. Səbəb kimi Fransa tərəfinin dağıdıcı bəyanatları və Türkiyə Prezidenti Rəcəb Ərdoğanı görüş formatına daxil etməkdən imtina etməsidir.

T.İSMAYIL