"Sizdən fərqli olaraq, mən kresloya aludə deyiləm" - Paşinyandan müxalifətə

 19:10 04.10.2023     455

Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətdən yapışmadığını, lakin onun istefasının ölkədəki vəziyyəti daha da pisləşdirəcəyinə inandığını bildirib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, o, bu barədə parlamentdə çıxışı zamanı deyib.

Müxalifətin ölkədə hakimiyyət dəyişikliyi ilə bağlı çağırışlarına münasibət bildirən Paşinyan opponentlərinə bildirib:

"Əgər bilsəm ki, istefamla bütün çətinliklər həll olunacaq, bunu növbəti saniyədə edəcəm. Sizdən fərqli olaraq, mən kresloya aludə deyiləm. Amma bütün təhlillərim göstərir ki, bunu etsəm, tam əksi olacaq".

Qeyd edək ki, İrəvanda Paşinyanın istefası tələbi ilə kütləvi mitinqlər Qarabağda baş verən hadisələr fonunda sentyabrın ortalarında başlayıb. Müxalifət Paşinyanı Qarabağı Azərbaycana “təslim etməkdə”, xəyanətdə ittiham edir.

T.İSMAYIL