Paşinyandan yeni Qarabağ açıqlaması

 20:24 04.10.2023     563

Sentyabrda Qrabağda vəziyyətin gərginləşməsindən əvvəl beynəlxalq ictimaiyyət tanınmamış "Dağlıq Qarabağ Respublikası" və Azərbaycan nümayəndələri arasında Sofiyada görüş təşkil etməyi təklif etsə də, region rəhbərliyi bundan imtina edib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatında deyib.

"Bəli, beynəlxalq birlik Dağlıq Qarabağa Sofiyada beynəlxalq mexanizm çərçivəsində görüş təklif etdi, amma nədənsə getmədilər. "Dağlıq Qarabağ"a bu səfər qadağan edildi? Kim qadağa qoyub?” - hökumət rəhbəri biıdirib. 

O, bu görüşün dəqiq nə vaxt keçirilməli olduğunu açıqlamasa da, bunun Azərbaycanın hərbi əməliyyatına başlamazdan əvvəl olduğunu açıqlayıb.

Paşinyanın sözlərinə görə, "Dağlıq Qarabağ"ın nümayəndələri “erməni müxalifətinin fərmanı” ilə Azərbaycan hakimiyyəti ilə görüşdən imtina ediblər.

Turan İSMAYIL