Azərbaycana qarşı sərt bəyanatlar verən Yuri Kim işdən ÇIXARILDI
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsinə yeni təyinat olub.
Redaktor.az xəbər verir ki, ABŞ Senatı Dövlət Departamentinin sanksiyalar siyasəti üzrə keçmiş koordinatoru Ceyms Obrayeni bu vəzifəyə təyin edib.
Onun namizədliyini 67 senator dəstəkləyib, 31 deputat isə əleyhinə çıxıb.
Qeyd edək ki, Obrayenin səlahiyyətlərinə həmçinin ABŞ-nin Cənubi Qafqaz ölkələri, Rusiya Federasiyası, Türkiyə və Ukrayna üzrə xarici siyasətinə nəzarət də daxildir.
Xatırladaq ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəini Yuri Kim icra edib. Yuri Kim bir neçə gün öncə Bakı və İrəvana səfər etmişdi.
Yuri Kim Qarabağdakı antiterror əməliyyatından sonra ermənipərəst mövqeyi ilə gündəmə gəlmişdi. O, “blokada və humanitar vəziyyət” ilə bağlı Azərbaycana qarşı əsassız iddialar səsləndirmışdi. (TASS)