Azərbaycan səfiri etimadnaməsini Mərakeş Kralına təqdim etdi

 14:02 05.10.2023     294

Azərbaycan səfiri Nazim Səmədov etimadnaməsini Mərakeş Kralı Əlahəzrət VI Məhəmmədə təqdim edib.

Redaktor.az-ın məlumatına görə, mərasim Mərakeşin paytaxtı Rabat şəhərindəki Kral sarayında baş tutub.

Səfir Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Mərakeş Kralına çatdırıb, Azərbaycanın Mərakeş üçün dost və qardaş ölkə olduğunu vurğulayıb və münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini əlavə edib.

Mərakeş Kralı da öz növbəsində salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.