"Ermənistan və Azərbaycan arasında görüşlər Brüsseldə baş tuta bilər" - Borrell

 15:07 05.10.2023     534

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell ümidvar olduğunu bildirib ki, Ermənistan və Azərbaycan hakimiyyəti Brüsseldə görüşə və regionda münaqişənin inkişafının qarşısının alınmasını müzakirə edə biləcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, o, bu barədə Qranadada keçirilən Avropa Siyasi Birliyinin zirvə toplantısına gələrkən deyib.

Onun sözlərinə görə, Aİ “münaqişələrin həlli üçün hərbi güc hərəkətlərini” pisləyir. “Ümid edirəm ki, Ermənistan və Azərbaycan arasında görüşlər Brüsseldə baş tuta bilər, xüsusən də münaqişənin gələcək inkişafının qarşısını almaq və Ermənistanı siyasi cəhətdən sabitləşdirmək üçün”, - Borrell yekunlaşdırıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Qranadada keçiriləcək görüşdə iştirakdan imtina edib. 

T.İSMAYIL