Akop Akopyandan Qarabağ AÇIQLAMASI

 15:56 05.10.2023     357

“Qarabağ münaqişəsi Ermənistan hakimiyyətinin siyasi ehtiyatsızlığı nəticəsində məntiqi sonluqla başa çatdı”.

Redaktor.az caliber.az saytına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş mədəniyyət naziri, şair Akop Akopyan deyib.

“Təəssüf ki, 30 ildən artıqdır ki, biz Qarabağ problemini hökumət, hakimiyyəti saxlamaq, hakimiyyətdən çıxmaq, hakimiyyətin miras qalması və hakimiyyətin bir-birinə ötürülməsi məsələsinə çevirmişik. Həmin problemin belə bitməsi heç bir şübhə doğurmamalıdır. Bunun səbəbini xəbər alsanız, mən həm siyasi, həm də diplomatik nöqteyi-nəzərdən ağılsızlıq nəticəsində baş verdiyini deyərdim”, - deyə keçmiş nazir bildirib.