3 rayonda sülhməramlıların postları LƏĞV EDİLDİ

 20:50 05.10.2023     1294

Qarabağın 3 rayonunda sülhməramlıların postları ləğv edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

“Qarabağda tərəflərin keçmiş təmas xətti boyunca sülhməramlıların müvəqqəti müşahidə məntəqələri yığışdırılıb” - nazirlikdən bildirilib.

Məlumatda o da bildirilir ki, Rusiya sülhməramlı kontingenti Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir.