Putin Vardanyanın həbsindən DANIŞDI

 23:45 05.10.2023     318

Ruben Vardanyan Rusiya vətəndaşı deyil, o, vətəndaşlıqdan imtina edib.

Redaktor.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında moderator Fyodor Lukyanovun “Azərbacan rəhbərliyi çox sərt şəkildə Qarabağın keçmiş rəhbərliyini “təmizləyir”. Orada Rusiyaya yaxşı məlum olan insanlar var. Misal üçün Ruben Vardanyan. Biz Azərbaycan rəhbərliyini mərhəmət göstərməyə çağıra bilərikmi?” sualına cavabında bildirib.

“O, (Vardanyan-red.) bizim vətəndaşlıqdan imtina edib. Biz hər zaman bunu etmişik, indi də edirik. Mən telefonla Azərbaycan Prezidenti İlham Əliyevlə danışmışam. Əvvəllər də danışmışıq. O hər zaman o, məni əmin edib ki, Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyi təmin olunacaq. İndi orda erməni qalmayıb, hamı gedib. Ola bilsin ki, 1000-1500 nəfər qalıb. O ki qaldı keçmiş rəhbərlərə, mən bilmirəm, detallara da varmaq istəmirəm. Anladığım qədəri ilə onları İrəvanda görmək istəmirlər. Hesab edirəm ki, Azərbaycan rəhbərliyi məlum məsələdə, Azərbaycan üçün bütün ərazi məsələləri həll olunduğu vaxtda, humanitar xarakterli mülahizələrə əsaslanacaq”, deyə Rusiya prezidenti vurğulayıb.