Serbiya Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəldi - FOTO
Serbiya Respublikası Milli Assambleyasının sədri Vladimir Orliç oktyabrın 6-da ölkəmizə rəsmi səfərə gəlib.
Bu barədə Redaktor.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Serbiya Milli Assambleyasının sədrini Milli Məclis sədrinin müavini Adil Əliyev, Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev, Serbiyanın ölkəmizdəki səfiri Draqan Vladisavljeviç və digər rəsmi şəxslər qarşılayıblar.