"Azərbaycana qarşı qətnamə fransalı deputatların təşəbbüsü ilə hazırlanıb" - Sahibə Qafarova

 11:11 06.10.2023     363

"Dünən Avropa Parlamentində Azərbaycana qarşı qərəzli qətnamə qəbul edilib. Bu, onu göstərir ki, bəzi qüvvələr Azərbaycanın keçirdiyi antiterror tədbirləri ilə ölkənin bütövlüyünü bərpa etməklə barışa bilmir". 

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib. 

“Ölkəmizi “etnik təmizləmə” ilə ittiham edənlər hazırkı prosesə baxmalıdır. Qeyd edək ki, bu qətnamə fransalı deputatların təşəbbüsü ilə hazırlanıb və qəbul edilib. Bu da ilk dəfə qarşılaşdığımız iş deyil. Çünki Fransa həmişə olduğu kimi öz birtərəfli niyyətini göstərir”.

Humay İSGƏNDƏRLİ