"Belə təsəvvür yaranır ki, Avropa Parlamentində nə kompüter var, nə də..."

 11:24 06.10.2023     372

"Bu qətnamə Avropa Parlamentinin özünün nüfuzuna xələl gətirən bir sənəd kimi qiymətləndirilə bilər”.

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Aydın Mirzəzadə söyləyib.

“Azərbaycanın ərazi bütövlüyünü bu qətnamə ilə şübhə altına alırlar. Belə təsəvvür yaranır ki, Avropa Parlamentində nə kompüter var, nə məlumat tez əldə etmək üçün vəsait var. Avropa Parlamneti rayonlarımızın işğalına, Xocalı faciəsinə göz yumdu. Bu qətnaməni qətityyətlə rədd edirik. Onlar qətnamə qəbul edəcək, biz torpaqlarımızı azad edəcəyik, onlar qətnamə qəbul edəcək, biz paytxatda Astronovtika tədbiri keçirəcəyik, onlar qətnamə qəbul edəcək, biz ərazi bütövlüyümüzü tamamlayacağıq”,-deyə deputat bildirdi.

Humay İSGƏNDƏRLİ