"Azərbaycana təşəkkür etmək əvəzinə, şər-böhtan atırlar" - Azay Quliyev

 11:32 06.10.2023     285

Azərbaycan dünyada yeganə dövlətdir ki, öz suvernliyini hərbi yolla bərpa etdi.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azay Quliyev bildirib. 

“Avropa Parlamentinin üzvləri Azərbaycana təşəkkür etmək əvəzinə, şər-böhtan atırlar. Ermənilər ərazilərdən şokaladla, suyla yola salındılar. Halbuki Kəlbəcəri tərk etmək üçün əhaliyə 9 saat verilmişdi. Onların qəbul etdiyi qətnamə sadəcə kağız parçasıdır. Bu cür qətnamələrə Azərbaycan əhəmiyyət verməməlidir”,- deyə deputat qeyd edib.

Humay İSGƏNDƏRLİ