"Qərəzli qətnamə ancaq Ermənistanı sakitləşdirmək üçün atılan addımdır" - Vitse-spiker

 11:47 06.10.2023     335

"Avropa Parlamentinin qəbul etdiyi qətnamə təəssüf hissi doğursa da, bizi təəcübləndirməməlidir". 

Redaktor.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Fəzail İbrahimli deyib. 

"Cənubi Qafqaz siyasətində çox biyabırçı məğlubiyyətə düçar olan Fransa və onun rəhbərliyi özünün Azərbaycana qarşı münasibətini bu cür ifadə etdi. Çünki əlindən başqa nə gələ bilər? Qərəzli qətnamə ancaq Ermənistanı sakitləşdirmək üçün atılan addımdır".

Humay İSGƏNDƏRLİ