Milli Məclis Avropa Parlamentinin qərarına qarşı bəyanat qəbul etdi

 11:57 06.10.2023     343

Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsinə cavab olaraq bəyanat qəbul edib.

Redaktor.az xəbər verir ki, bəyanatı Milli Məclisin deputat Tural Gəncəliyev səsləndirib. 

“Avropa Parlamentinin belə bir qətnaməni qəbul etməsi separatizmə açıq şəkildə dəstək verməkdir. Qətnamənin qəbul olunmasında fədakarlıq göstərən Fransa Cənubi Qafqazda sülhə birmənalı olaraq mane olur. Fransa açıq şəkildə separatizmə hər cür dəstək verir. Belə qətnamə ilə AP Cənubi Qafqaz siyasətinə zərbə vurur. Bir daha bildiririk ki, Avropa Parlamentini təmsil edən deputatlar seçicilərin deyil, lobbi qruplarının maraqlarını təmin edir”,- deyə deputat qeyd edib.

Qeyd edək ki, Avropa Parlamenti oktyabrın 5-də Azərbaycanla bağlı qərəzli qətnamə qəbul edib.

Humay İSGƏNDƏRLİ