Sülhməramlıların ardınca 102-ci hərbi baza və Rusiya sərhədçilər də Ermənistanı tərk edəcək - Matevosyan

 15:42 06.10.2023     473

Ermənistan Azərbaycanın 86.6 min kv.km ərazi bütövlüyünü tanıması ilə təkcə Qarabağı deyil, 8 anklavı da təslim etdi.

Redaktor.az verelq.az-a istinadən xəbər verir ki, bunu erməni politoloq Beniamin Matevosyan teleqram kanalında yazıb.

"Anklavların verilməsi Ermənistanın sonu olacaq. Ermənistanın İran və Gürcüstanla əlaqələri kəsiləcək". 

Erməni politoloq qeyd edib ki, Rusiya sülhməramlılarının Qarabağı tərk etməsindən sonra, Gümrüdəki 102-ci hərbi baza və Rusiya sərhədçiləri də ölkəni tərk edəcək.

Qeyd edək ki, Qazaxın 7 kəndi və Naxçıvan tərəfdən Sədərək rayonunun Kərki kəndi indiyə kimi Ermənistanın işğalı altındadır. 

NƏRGİZ