Rusiya Mehridə baş konsulluq açır

 16:57 06.10.2023     325

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Andrey Şanin və Mehri şəhərinin meri Baqrat Zakaryan arasında görüş keçirilib.

Redaktor.az "Sputnik"ə istinadən xəbər verir ki, tərəflər Rusiyanın Sünik vilayətində yeni baş konsulluğunun tezliklə açılması imkanını müzakirə ediblər.

"Bu, Rusiya-Ermənistan münasibətlərinin daha da möhkəmlənməsinə və regionda vəziyyətin sabitləşməsinə töhfə verəcək", - Rusiyanın Ermənistandakı səfirliyindən bildirilib.