Varşavada azərbaycanlılar Ermənistanın mina terroruna etiraz edir

 15:05 08.10.2023     349

Polşanın paytaxtı Varşavada azərbaycanlılar Ermənistanın destruktiv siyasətinə etiraz edirlər.

Redaktor.az xəbər verir ki, aksiyada Polşa ilə yanaşı Avropanın digər ölkələrindən olan azərbaycanlılar iştirak edirlər.

Onlar Ermənistanın Azərbaycana qarşı törətdiyi mina terroruna etiraz edir və sülhə çağırırlar.