İsraildən təxliyə üçün müraciət çox azdır - XİN

 17:27 08.10.2023     297

“Təxliyə üçün müraciət çox azdır, olanlar da müntəzəm reyslərlə çıxa bilirlər”.

Xarici İşlər Nazirliyindən Redaktor.az-a bildirilib ki, hazırda İsraildə olan Azərbaycan vətəndaşlarının dəqiq sayı bilinmir, çünki, əksəriyyətinin ikili vətəndaşlığı var.

“Azərbaycanlı vətəndaşlar arasında ölən və yaralanan yoxdur. Təxliyə üçün müraciət çox azdır, olanlar da müntəzəm reyslərlə çıxa bilirlər”, - deyə məlumatda qeyd olunub.