“İsraildən təxliyə məsələsi hələ ki gündəlikdə deyil” - XİN

 11:40 09.10.2023     277

“İsraildən təxliyə məsələsi hələ ki gündəlikdə deyil”.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə deyib.

O bildirib ki, İsraildən çıxmaq istəyənlər və bununla bağlı müraciət edənlər azdır: “Onlar da müntəzəm reyslərlə Azərbaycana gəlirlər. Yəni hələ ki təxliyəyə ehtiyac yoxdur. Belə bir məsələ nəzərdə tutulmayıb”.