"Qarşıdurmaya son qoyulmasa, bölgədə vəziyyət daha da gərginləşəcək" - Deputat

 15:16 09.10.2023     603

Bildiyimiz kimi, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu HƏMAS-ın İsrailə qarşı genişmiqyaslı hücumlar ilə bağlı bəyanat yayıb.

"Bu gün Qəzza sektorunun ərazisindən İsrailə qarşı baş vermiş, mülki obyektləri, yaşayış məntəqələrini və şəxsləri qəsdən hədəf alan raket zərbələri ilə müşayiət edilən hücumları qətiyyətlə pisləyirik. Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu bu amansız hücumlarda həyatlarını itirmiş şəxslərin ailələri və yaxınlarına öz başsağlığını bildirir, yaralananlara isə şəfa diləyirik",- deyə bəynatda qeyd olunub.

HƏMAS-İsrail qarşıdurması haqqında Redaktor.az-a danışan Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvünün Ceyhun Məmmədov söylədi ki, tərəflər qarşıdurmaya son qoymalıdır:

"Hesab edirəm tərəflər qarşıdurmaya son qoymalı, ən qısa vaxtda sülhə nail olunması üçün real addımlar atmalıdırlar. Əks halda bölgədə vəziyyət daha da gərginləşəcək", - deyə deputat bildirdi.

Humay İSGƏNDƏRLİ