Azərbaycanın Tehrandakı səfiliyi tezliklə fəaliyyətə başlayacaq - İran XİN

 12:30 09.10.2023     280

“Azərbaycanın Tehrandakı səfirliyinin açılması ilə bağlı konsensus var və tezliklə, səfirlik fəaliyyətə başlayacaq”.

Redaktor.az “Mehr”ə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliynin sözçüsü Nasir Kənani oktyabrın 9-da keçirdiyi brifinqdə bildirib.

Azərbaycan rəsmilərinin İrana səfərinə münasibət bildirən sözçü deyib ki, bu, iki ölkənin yüksək rütbəli rəsmiləri arasında siyasi, iqtisadi sahədə və Cənubi Qafqazda baş verən hadisələrlə bağlı danışıqların davamı idi: “Yaxşı müzakirələr və məsləhətləşmələr oldu”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Xələf Xələfov oktyabrın 3-də Tehrana səfər edib, oktyabrın 6-da isə İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş Azərbaycana gəlib.