Erməni siyasətçi sərsəmlədi

 15:46 09.10.2023     419

"Ermənistanda mühacirətdə olan "Dağlıq Qarabağ hökuməti"ni qurmaq lazımdır".

Redaktor.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bunu Ermənistan Demokratik Partiyasının lideri Aram Sarkisyan deyib.

"Heç kimin "Artsax Respublikası"nı ləğv etmək hüququ yoxdur, o, referendum yolu ilə yaradılıb və bunu yalnız xalq edə bilər. Və xalq tamamilə Ermənistanda cəmləşib, ona görə də onların mühacirətdə öz hökuməti olmalıdır, həmçinin parlament”, - Sarkisyan bildirib.

Onun sözlərinə görə, bu, Ermənistana "Dağlıq Qarabağ"ın qorunub saxlanılması kursunu davam etdirməyə və gələcəkdə onun qaytarılması ideyasını dəstəkləməyə imkan verəcək.
"İstənilən halda belə olmalıdır. Əks halda, bu, "Dağlıq Qarabağ" hüququndan imtina demək olacaq", - Sarkisyan bildirib.

Erməni siyasətçi deyib ki, Ermənistanın hər il Qarabağa ayırdığı 130-140 milyard dram büdcə krediti "məcburi köçkünlər"ə yardıma yönəlməlidir.

T.İSMAYIL