Rumıniya Azərbaycanın sülh planını dəstəkləyir

 19:43 10.10.2023     338

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 10-da Rumıniya Parlamenti Senatının sədri Nikolae Çuka ilə görüşüb.

Bu barədə Redaktor.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Nikolae Çuka bu səfərin iki ölkə, o cümlədən parlamentlərimiz arasında münasibətlərin inkişafına töhfə verəcəyinə inamını ifadə edib, Azərbaycanla Rumıniya arasında bir çox sahələrdə, o cümlədən, enerji, nəqliyyat, səhiyyə, təhsil sahələrində əməkdaşlığın daha da inkişafı üçün böyük potensial olduğunu bildirib. O deyib ki, Azərbaycanın enerji təhlükəsizliyi sahəsində beynəlxalq ictimaiyyəti nə qədər dəstəklədiyi göz qabağındadır.

Sahibə Qafarova Azərbaycan Milli Məclisinin sədri kimi Rumıniyaya ilk rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.