Paşinyan anklavlar üzərindəki nəzarəti təhvil verməyə HAZIRLAŞIR

 11:20 11.10.2023     411

Paşinyan tezliklə anklavlar məsələsini həll etməyə, yəni Ararat və Tavuş bölgələrində yaşayış məntəqələri üzərindəki nəzarəti təhvil verməyə hazırdır.

Redaktor.az verelq.am-a istinadən xəbər verir ki, bu sözləri erməni siyasi şərhçi Beniamin Matevosyan deyib. 

Matevosyan Paşinyanın açıqlamalarının nəticələrindən danışıb: İrəvan Rusiya sülhməramlı kontingentinin Qarabağdan birbaşa Rusiyaya getməsini istəyir. O, Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanımasına əmin deyil, lakin Qərbin təklif etdiyi danışıqlar prosesindən də imtina etmir.

Matevosyanın sözlərinə görə, Paşinyanın qənaətincə, 2020-ci il 9 noyabr bəyannaməsi artıq mövcud deyil.

NƏRGİZ