"Kreml sülhməramlıların taleyini Azərbaycanla müzakirə edəcək" - Peskov

 13:53 11.10.2023     328

Rusiya və Azərbaycan Qarabağdakı sülhməramlıların taleyini müzakirə edəcəklər. 

Redaktor.az verelq.am-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O, Nikol Paşinyanın sülhməramlıları Ermənistana yerləşə bilməyəcəyi ilə bağlı söylədiklərinə belə münasibət bildirib:

"Onların bundan sonra orada qalma rejimi və bununla əlaqəli bütün üsullara gəlincə, əlbəttə ki, Azərbaycanla müzakirələr olacaq. Qarabağ Azərbaycan ərazisidir və Rusiya sülhməramlı kontingentinin regionda gələcək iştirakı məsələsi də Bakı ilə müzakirə olunacaq".

NƏRGİZ