"Qüvvələr nisbəti İsrailin xeyrinədir" - Politoloq

 16:23 11.10.2023     517

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində bildirib ki, Türkiyə İsrail və Fələstin arasındakı silahlı münaqişəyə son qoymaq üçün vasitəçilik etməyə hazırdır.

Bəs, tərəflər bu vasitəçiliyi qəbul edəcəklərmi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq Zərdüşt Əlizadə qeyd etdi ki, İsrail bu təklifi qəbul etməz.

Onun sözlərinə görə, ancaq Fələsin istəyərdi ki, danışıqlara başlasın:

"Qüvvələr nisbəti İsrailin xeyrinədir, Fələstinin xeyirinə deyil ki. HƏMAS-ın nəyi var? Dar bir zolaqda iki milyondan yuxarı insan yaşayır, heç bir sənayeləri yoxdur. Silahları, imkanları yoxdur. İşığı, suyu, hər şeyi kəsiblər. Əlbəttə, HƏMAS istərdi ki, hərb dayansın və danışıqlar başlasın. Amma siyasi məqsədlər naminə məhz Benyamin Netanyahunun höküməti istəyərdi ki, HƏMAS-a hansısa ağır zərbələr endirib İsrail xalqının gözündə qalib kimi çıxsın. Çünki ilkin mərhələdə HƏMAS-ın qələbəsi şübhəsizdir".

Həmidə İBRAHİMLİ