"Ermənistanın baş naziri 6 saat Qranadaya uçur, Bişkekə isə 2-3 saatlıq uça bilmir" - Prezident

 16:21 11.10.2023     259

Ermənistanın baş naziri 6 saat Qranadaya uçur, orada Azərbaycansız Azərbaycanın müzakirə olunduğu anlaşılmaz görüşdə iştirak edir, Bişkekə isə 2-3 saatlıq uça bilmir, vacib işləri var.

Redaktor.az xəbər verir ki, bunu Prezident İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən deyib.