Türkiyə səfirliyinin mətbuat katibi Bakıdan gedir: "Allah mənə Qarabağ zəfərini görmək nəsib etdi"

 16:44 11.10.2023     316

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat katibi Hüseyin Altınalan vəzifəsindən gedir.

Redaktor.az xəbər verir ki, bu barədə o, özü məlumat verib.

"Əziz dostlar, Mənim Bakıda Vətən müharibəsindən bir az öncə başlayan vəzifəm bu gündən başa çatıb. Allaha şükür, Allah mənə Qarabağ zəfərini görmək və bu qələbəyə azacıq da olsa töhfə vermək nəsib etdi...

Mən vəzifədə olduğum müddətdə ölkələrimizi daha da yaxınlaşdırmağa, qardaşlıq hisslərini gücləndirməyə çalışdım.
Mənim səylərimə verdiyiniz töhfəyə, isti və mehriban münasibətinizə görə hər birinizə ayrı-ayrılıqda təşəkkür edir, işinizdə uğurlar arzulayıram. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı! Qarabağ Azərbaycandır",- deyə H.Altınalan bildirib.

Humay İSGƏNDƏRLİ