"Hadisələri öncədən qabaqlaya bilmərik" - Ehtiyatda olan polkovnik

 18:03 11.10.2023     245

Ermənistan mediası Paşinyanın anklavları qaytarmağa hazırlaşdığını deyir. Bununla bağlı erməni kanallarında siyasətçilər açıqlama verirlər.

Lakin Ermənistan tərəfi Azərbaycanın da bəzi əraziləri qaytarmalı olduğunu bildirirlər.

Bəs Ermənistan anklavları qaytararsa, Azərbaycan Başkəndi qaytara bilərmi?

Mövzu ilə bağlı ehtiyatda olan polkovnik Elşad İsayev Redaktor.az-a danışaraq bildirdi ki, hadisələri öncədən qabaqlaya bilmərik:

"Çünki bunlar danışıqlardan asılıdır. Səkkiz kəndin qaytarılması məsələsinə gəldikdə isə, bu üçtərəfli bəyanatda da var ki, kəndlər qaytarılmalıdır. O ərazilər heç Qarabağın ərazisinə aid olmayan bir hissədir. Faktiki olaraq  Ermənistan tərəfindən işğal olunan dövlət sərhədindəki ərazilərdir. Bu məsələlər mən güman edirəm ki, danışıqlar prosesində məlum olacaq.  Ermənistan Azərbaycan nümayəndələri gələcəkdə bununla bağlı müzakirələr apararsa, o məqamlar, detallar danışıqlar yolu ilə həllini tapmalıdır.  Həm incə məsələlərdir, həm də o ərazilərdə çox strateji əhəmiyyətli yerlər var. Ona görə də bunlar ancaq danışıqlar əsasında mümkün olacaq".

Humay İSGƏNDƏRLİ