MDB XİN başçılarının növbəti iclası Minskdə keçiriləcək

 11:24 12.10.2023     238

Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının növbəti iclası 2024-cü ilin aprelində Belarusun paytaxtı Minskdə keçiriləcək.

Redaktor.az Belarus KİV-ə istinadən xəbər verir ki, bunu MDB-nin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev Bişkekdə MDB Xarici İşlər Nazirləri Şurasının geniş tərkibdə iclası zamanı deyib.

Onun sözlərinə görə, MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının gələn il aprelin 12-də Belarusda keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Xatırladaq ki, oktyabrın 12-də Qırğızıstanın paytaxtı Bişkekdə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir.