Türkiyənin ədliyyə naziri Azərbaycana səfər edəcək

 18:00 12.10.2023     301

“Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin ədliyyə nazirləri ilə görüşümüzdə məni ölkələrinə dəvət etdilər. İlk səfər edəcəyim ölkə Azərbaycan olacaq”.

Redaktor.az xəbər verir ki, bunu report-un Ankara bürosuna açıqlamasında Türkiyənin ədliyyə naziri Yılmaz Tunç deyib.

Səfərin yaxın vaxtlarda həyata keçiriləcəyi gözlənilir.