Fransanın Qarabağla bağlı iddiaları əsassızdır - Ömer Çelik
Qarabağda soyqırımı, orada yaşayan erməni sakinlərin guya zorla köçürülməsi barədə iddiaları yalandır.
Redaktor.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik mətbuat konfransında deyib.
O bildirib ki, BMT Qarabağa missiya göndərib və həmin missiya bəyanat yayaraq Qarabağda mülki infrastruktura ziyan dəymədiyini aşkara çıxarıb.
Ömer Çelik vurğulayıb ki, Fransanın ittihamlarının heç bir əsası yoxdur.