"İstənilən formatda Moskvada danışıqların təşkili ilə razıyıq” - Putindən AÇIQLAMA

 13:30 13.10.2023     356

Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazırdır, danışıqlara Moskvada ev sahibliyi edə bilər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin MDB Rəhbərləri Şurasının dar tərkibdə keçirilən iclasında deyib.

"Gündəmdə bu uzun müddətdir davam edən münaqişəyə nəhayət son qoymaq üçün sülh müqaviləsinin hazırlanması (Bakı və İrəvan) var. Rusiya tərəfi, əlbəttə ki, bu işdə tərəfdaşlarımıza hər cür kömək göstərməyə hazırdır" - Rusiya dövlətinin başçısı deyib.

“Xüsusən də, biz lazım gələrsə, istənilən formatda Moskvada danışıqların təşkili ilə razıyıq”, - Putin bildirib.

Turan İSMAYIL