"Azərbaycan-Rusiya münasibətlərində ciddi problemlər yoxdur" - Vahid Əhmədov

 14:31 13.10.2023     296

Xəbər verdiyimiz kimi, ötən gün Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının prezidenti Vladimir Putin ilə görüşü baş tutdu.

Liderlər arasında müzakirə oluna biləcək məsələlər haqqında Milli Məclisin deputatı Vahid Əhmədov Redaktor.az-a danışarkən dedi ki, Putin görüşdə Qarabağ və digər məsələlərin müzakirə olunduğunu vurğulayıb:

"Qarabağ məsələsi, müəyyən iqtisadi layihələr var ki, onlar müzakirə oluna bilər. O cümlədən Qarabağda olan sülhməramlıların orada qalıb-qalmaması da müzakirə oluna bilər. Həm bizim dövlət, həm Rusiya, həm də Yaxın Şərqlə bağlı məsələlərin müzakirə obyekti olması mümkündür. Azərbaycan-Rusiya münasibətlərində ciddi problemlər olmadığı üçün müəyyən məsləhətləşmələr də ola bilər. Amma mən hesab edirəm ki, əsas Qarabağla əlaqədar olan, erməni əhalisinin reinteqrasiyası ilə əlaqədar olan məsələlərlə bağlı cənab prezident məlumat verib".

Humay İSGƏNDƏRLİ