“Putin İlham Əliyevlə Ruben Vardanyanı müzakirə etməyib”

 17:04 13.10.2023     316

“Rusiya və Azərbaycan prezidentləri Vladimir Putinlə İlham Əliyev Ruben Vardanın taleyini müzakirə etməyiblər”.

Redaktor.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.

Xatırladaq ki, oktyabrın 12-də Bişkekdə Azərbaycan və Rusiya prezidentləri arasında görüş keçirilib.

Qeyd edək ki, sentyabrın 27-si “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb. O, DSX-nin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib.

Törətdiyi qeyri-qanuni əməllərə görə Ruben Vardanyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.