"Bakı və İrəvan arasında sülh müqaviləsinin bağlanmasına mane ola biləcək hər hansı problem görmürəm"

 18:47 13.10.2023     794

Rusiya Prezidenti Vladimir Putin Qarabağ hadisələrindən sonra Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına heç bir maneə görmür.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, o, bu barədə Qırğızıstana səfərinin yekunlarına yekun vuran mətbuat konfransında bildirib.

"Mən dedim ki, biz sülh sazişinin bağlanması ümidi ilə dinc danışıqların bərpasına kömək etməyə hazır olacağıq. Biz bütün həmkarlarımızı Moskvaya toplaşmağa dəvət etdik", - Putin bildirib. O, Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin belə bir təklifdən xəbərdar olduğunu vurğulayıb. "Mənə elə gəlir ki, bu, tamamilə mümkündür. Sadəcə olaraq, Qarabağ hadisələrindən sonra sülh müqaviləsinin bağlanmasına mane ola biləcək hər hansı problem görmürəm, sadəcə, belə problemlər görmürəm", - Rusiya lideri vurğulayıb.

O qeyd edib ki, sərhəd, onun demarkasiyası və delimitasiyası ilə bağlı sırf texniki məsələlər var. "Bunlar texniki məsələlərdir, məncə. Orada bir istiqamətdə yüz metr, o biri istiqamətdə bir kilometr, artıq fərqi yoxdur. Hər iki tərəfin xoş niyyəti ilə bütün bunları etmək olar və bir vaxtlar razılaşdığımız kimi, ticarət-iqtisadi əlaqələri inkişaf etdirmək və infrastruktur layihələrini inkişaf etdirmək üçün növbəti addımlar atıla bilər”, - Putin yekunlaşdırıb.

Turan İSMAYIL