"Qarabağ məsələsi bitdi, mövzu bağlandı" - Putindən AÇIQLAMA

 19:20 13.10.2023     512

"Qarabağ nəhayət indi deyil, 2022-ci ildə Ermənistanın bu statusu tanımasından sonra Azərbaycanın tərkibinə daxil olub".

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Qırğızıstana səfərinin yekunlarına dair mətbuat konfransında bildirib.

"O ki qaldı Qarabağ ərazisinin indi, sizin dediyiniz kimi, faktiki olaraq Azərbaycanın ərazisinə çevrilməsinə, indi belə olmayıb. Ötən ildən sonra, noyabrda, məncə, baş nazir (Nikol) Paşinyan Praqada keçirilən görüşdə Qarabağın statusunu kökündən dəyişdirən, yəni Qarabağın statusunu müəyyən edən bəyanatla çıxış etdi. Ermənistan rəhbərliyi bu mövzunu bağladı. Və dedi: “Qarabağ Azərbaycanın bir hissəsidir”. Ermənistan rəhbərliyi hətta kvadrat kilometrlərin sayını da göstərdi və 1991-ci ildə bağlanmış müqaviləyə istinad etdi, o zaman keçmiş sovet respublikalarında dövlət sərhədləri Sovet İttifaqında formalaşmış sərhədlərə uyğun müəyyən edilirdi. Bitdi. Mövzu bağlandı", - prezident bildirib.

Putin vurğulayıb ki, bütün əvvəlki illərdə hər şey Qarabağın statusu məsələsi ətrafında olub.

Turan İSMAYIL