"Brüssel görüşü bərpa oluna bilər, lakin bir şərtlə" - Samir Hümbətov

 12:03 14.10.2023     384

Bildiyimiz kimiAvropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycanda və Ermənistanda səfərdə olub.

Hər iki ölkədə səfər olan Tovio Klaar "X" sosial şəbəkəsində Brüsseldə yüksək səviyyəli görüşün gözlənildiyindən yazıb.

“Hərtərəfli normallaşma istiqamətində növbəti addımları müzakirə etdiyim Bakı və İrəvandan qayıtdım. Azərbaycanla Ermənistanın müsbət və razılaşdırılmış gündəliyə sadiq qalması vacibdir. Bu qarşılıqlı təmasın bu ayın sonunda Brüsseldə keçiriləcək yüksək səviyyəli görüşdə möhkəmlənəcəyini gözləyirik”, -  Toivo Klaar qeyd edib.

Doğurdandan da Brüsseldə görüş başa tuta bilərmi? Brüssel formatı yenidən bərpa olunacaq?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Samir Hümbətov dedi ki, Brüssel formatının bərpası mümkündür:

"Böyük ehtimalla Brüssel formatı bərpa olunacaq. Sadəcə, burada bir məsələ var ki, Azərbaycan tərəfinin qəti tələbi budur ki, Fransa prezidenti iştirak edə bilməz. Əgər o, iştirak etməyəcəksə, Avropa İttifaqının sədri Şarl Mişel, Azərbaycan prezidenti cənab İlham Əliyev və Nikol Paşinyanın birgə görüşü baş tuta bilər. Hətta mümkün halda, bəlkə də ikitərəfli görüşü ola bilər. Yəni təkbətək görüş də keçirilə bilər. Amma hər vəziyyətdə Azərbaycanın konkret olaraq tələbi ondan ibarətdir ki, Fransa burda olmayacaq. Görüşün keçirilməsi mümkündür, çünki Azərbaycan prezidenti də söylədi ki, biz hər bir platformaya açığıq, bizim üçün fərqi yoxdu, görüşə bilərik, müzakirələr edə bilərik. Yetər ki, nəticə olsun. Təbii ki, Ermənistanın da bir yanaşması olmalıdır".

Qeyd edək ki, Toivo Klaar oktyabrın sonunda İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüşün keçirilməsinin mümkünlüyünü yazıb.

Humay İSGƏNDƏRLİ