İşğaldakı 8 kənd qaytarılmasa... - Hərbi ekspert: "O zaman Azərbaycan ordusu Paşinyana yaxından kömək edə bilər"

 12:49 16.10.2023     621

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəmizin ərazi bütövlüyünü tanıdğını bəyan etsə də, hələ də anklavların taleyi öz həllini tapa bilmir.

Belə ki, Azərbaycanın anklav hesab edilən 8 kəndi hələ də Ermənistanın işğalı altındadır. Bəs, bu kəndlərin də tezliklə sülh yolu ilə geri qaytarılması mümkün olacaqmı? Əgər sülh yolu ilə qaytarılmasa, bu kəndləri hərb yolu ilə geri ala bilərikmi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, Ermənistanın baş naziri tərəfindən Azərbaycanın 86,6 kv kilometrlik ərazisini tanıması Azərbaycanın hələ də işğal altında qalan 8 kəndinin qaytarılmasını labüd edir.

Onun sözlərinə görə, göründüyü kimi, hələ Ermənistan rəhbərliyi tərəfindən bir dəfə də olsun həmin kəndlərin azad edilməsinə və yaxud həmin ərazidə yerləşən erməni ordusunun hissə və bölmələrinin geri çəkilməsinə dair faktlara rast gəlinmir:

"Ermənistan həqiqətən də Azərbaycanla sülh sazişi imzalamaq istəyirsə, o zaman həm Naxçıvanın Kərki kəndi, həm də Qazaxın işğalda qalmaqda davam edən 7 kəndini Azərbaycana qaytarılmalıdır.

Əgər Ermənistan üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməzsə, o zaman bu öhdəliklərin yerinə yetirilməsi üçün Azərbaycanın qəhrəman ordusu Nikol Paşinyana yaxından kömək edə bilər".

Həmidə İBRAHİMLİ