Samvel Babayanın Qarabağ çıxışına görə cinayət işi açıldı

 14:36 16.10.2023     204

Ermənistan Baş Prokurorluğu separatçıların keçmiş “müdafiə naziri” Samvel Babayanın ifadələri əsasında cinayət işi açıb.

Redaktor.az bu barədə newa.am-a istinadən xəbər verir.

Məlumata görə, Ermənistan Baş Prokurorluğu bununla bağlı cinayət qanunvericiliyinin iki maddəsi üzrə - Cinayət Məcəlləsinin 550-ci (komandir və ya vəzifəli şəxs tərəfindən döyüş əməliyyatları zamanı öz xidməti vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi), habelə 545-ci (ehtiyac olmadan döyüş texnikasının düşmənə verilməsi, hərbi qüvvənin təslim olması) maddələri ilə cinayət işi başladıb.

Qeyd edək ki, Samvel Babayan İrəvanda hüquq-mühafizə orqanlarının əməkdaşlarını “Dağlıq Qarabağın təslim edilməsinə görə” yerli separatçı hakimiyyətə qarşı cinayət işinə başlamağa çağırmışdı.

NƏRGİZ